Regionlarda texnologiyaların tətbiqi genişlənir

09-11-2017 / 12:40

Ölkəmizin regionlarında rəqəmsal texnologiyaların transformasiyasında böyük irəliləyiş müşahidə olunur. 

Belə ki,Mingəçevir Dövlət Universitetində ölkəmizin qabaqcıl texnologiya şirkəti Neuron Technologies ilə müqavilə imzalanıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, bununla da Mingəçevir Dövlət Universiteti də təhsilin elektron informasiya idarəetmə sisteminin tətbiqinə başlanıb.

Mingəçevir Dövlət Universitetində dünya texnologiyalarına əsaslanan Unibook – təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə start verilib.

Müqaviləni Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Hacıyev  və Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərov imzalayıb.

Neuron Technologies şirkətinin ərsəyə gətirdiyi Unibook – təhsilin informasiya idarəetmə platforması artıq Azərbaycan Təhsil Nazirliyi sistemində geniş tətbiq olunur və nüfuzlu ali təhsil müəssisələri, universitetlər təhsil proseslərinin idarə edilməsində məhz bu sistemə üstünlük verir. 

Sistem artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Qərb Universiteti, Azərbaycan Texnologiya Universitetində uğurla tətbiq olunur.

Azərbaycan şirkətinin Unibook elektron təhsil sistemi ölkəmizin ali təhsil müəssisələrində geniş tətbiq edilməklə yanaşı, həm də “Made in Azerbaijan” brendi altında bir sıra xarici ölkələrə ixrac edilməyə başlanıb.

 Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.