Reklam bazarında internetin payı sürətlə artır

12-01-2009 / 15:39

  Maliyyə böhranı Azərbaycanın reklam bazarına da təsir edib amma buna baxmayaraq ötən il reklama verilən pul artaraq 100 milyon manatı keçib. Reklam bazarında internetin payı sürətlə artır.

  Malı istehsal etmək hələ işin hamısı deyil, əsas məsələ onu təqdim etməkdir. Yola saldığımız 2008-ci ildə azərbaycanda reklama 100 milyon manat pul xərclənib. Bu əvvəlki ildən 20-30 faiz artıqdır. Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirir ki, ötən il ən çox mənzillər, avtomobillər, bank xidmətləri və bir də evdar qadınları maraqlandıran mallar reklam olunub. Məişət əşyaları, kompüterlər, xüsusilə də onların satışı ən çox rast gəlinən reklamlar olub.

  Dünyadakı maliyyə böhranı və onun nəticələri özünü reklam bazarında da göstərib. Böhranın nəticələrinin iqtiadiyatda hiss olunduğu son 2-3 ay ərzirndə avtomobillərin, mənzillərin və bankların reklamı 30-40 faiz azalıb. Bu da reklam bazarında geriləməyə səbəb olub.İndi Azərbaycanda ən çox reklamlar televiziya, küçə plkatları və nəqliyyat vasitələrində yayılır.

   Amma son vaxtlar internetdə reklamların əhəmiyəti və payı sürətlə artmaqdadır. Başqa sahələrdə məsələn, qəzetlər, xüsusilə küçələrdə isə reklamın azalması gözlənilir. Əksinə internet reklamlarının həcminin isə yaxın 2 il ərzində kəskin artması gözlənilir.

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə