Reklam fırıldaqçılıq şirkətləri hər il bir milyard dollar ziyan vurur

28-07-2015 / 11:25

Zərərli mobil proqram təminatının sayı durmadan artır və fırıldaqçılar diqqəti daha çox reklam sənayesinə yönəldərək istifadəçiləri reklam elanlarına istiqamətləndirən zərərli koddan istifadə edirlər.

Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspertlər tərəfindən bu fırıldaqçılıq sxemi Reklamın ələ keçirilməsi (Advertising hijacking) adlanır. Zərərli proqramlar hər gün petabayt həcmdə məlumat sərf edir və ekspertlərin hesablamasına görə, ildə bir milyard dollar məbləğində ziyan vurur.

Tədqiqatçıların məlumatına görə, həm Android, həm də iOS sistemləri üçün 5 minə yaxın zərərli mobil əlavə istifadəçinin xəbəri olmadan reklamı göstərir və yenidən yükləyir. Nyu-Yorkun informasiya təhlükəsizliyi mütəxəssisləri Mayk Endryus , Entoni Kolev, Devid Sendroff və Mett Vella bildirib ki, zərərli mobil əlavə dəqiqədə 20 reklam elanını generasiya etdiyi halda rəsmi əlavə dəqiqədə bir elanı generasiya edir. Çoxsaylı reklam elanlarının generasiyası bazarda bütün mobil əlavələrin 15 faizinə və ümumilikdə trafikin keyfiyyətinə mənfi təsir göstərir.

Rəsmi reklamçılar fırıldaqçılıqla məşğul olan şirkətlərə görə böyük məbləğdə vəsaitlər itirir. Reklam sənayesi üçün iOS sistemində itkilərin həcmi 363 milyon, Android sistemində 480 milyon, “Windows Mobile” sistemində 14 milyon dollar təşkil edir.

Ekspertlərin tədqiqatından həmçinin məlum olub ki, antivirus proqramları bu zərərli fırıldaqçılıqları aşkar edə bilmir.

 

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.