Rektor yeni memorandumu şərh etdi

17-12-2017 / 12:31

“İmzaladığımız bu sənəd gənclərimiz üçün yeni gözəl imkanlar yaratmaqla yanaşı bir çox birgə layihələrin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi olacaqdır. Həmçinin, birgə fəaliyyətimiz çərçivəsində universitet tələbələrinin "Bakcell" şirkətinin müxtəlif təcrübə və stajkeçmə proqramlarında iştirakı və digər birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub”.

Bu sözləri Xeberler.az –a açıqlamasında  açıqlamasında Qərbi Kaspi Universitetinin rektoru bu ali təhsil ocağı ilə ilə “Bakcell” şirkəti arasında iki gün öncə bağlanmış müqaviləni şərh edərkən deyib.

Rektor əlavə edib ki, birgə əməkdaşlıq universitetimiz tərəfindən qurulmuş Texnoparkın inkişaf etdirilməsinə, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə Startap layihələrinin həyata keçirilməsinə böyük töhvə verəcək".

Qeyd edək ki, srağagün Qərbi Kaspi Universiteti və "Bakcell" şirkəti arasında əməkdaşlıq Memorandumu imzalanıb. "Bakcell" şirkətinin baş icraçı direktoru Nikolai Beckers və Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas tərəfindən imzalanan Memoranduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.