Rektor: “2 mindən çox tələbə İT ixtisaslar üzrə təhsil alır”

18-04-2018 / 12:02

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)kompüter texnologiyaları, proqramçılıq və İT ixtisasları üzrə təhsil alan 2 mindən çox tələbə var”.

Xeberler.az bildirir ki, bunu ADNSU-nun rektoru, professor Mustafa Babanlı deyib.

“Gələcəyin mütəxəssisləri kimi onlar dərk etməlidirlər ki, fərdi inkişaf məhz özgəsinin işləyib hazırladığı bir şeyə hörmətlə yanaşmaqdan başlayır”, - deyə Mustafa Babanlı vurğulayıb.

Qeyd edək ki, ADNSU və Microsoft Azərbaycan şirkəti arasında qarşılıqlı əməkdaşlığa və Microsoft-un proqram təminatının lisenziyalaşdırılmasına dair saziş imzalanıb.

Sazişə görə, ADNSU-nun Microsoft məhsulları əsasında qurulan bütün İT-infrastrukturu tam lisenziyalaşdırılıb və nəticədə Universitetin 11 min tələbəsi üçün lisenziyalı Windows, Office və s. əlçatan olub.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.