Rəqəmsal konfransda nələr oldu?-Foto

13-11-2017 / 10:39

Məlumat verdiyimiz kimi, Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı (DCM2017) keçirilib.

Xeberler.az-ın məlumatına görə, 600-qədər iştirakçının qatıldığı konfrans böyük marağa səbəb olub.

Qeyd edək ki, iştirakçılardan 300-ü isə korporativ şirkətlər olub.

2 hissədən ibarət olan tədbirin mövzuları rəqəmsal marketinqdə strategiyalar, sosial brendlər, post dizayn, milli keyslər barəsində olub.

Konfransda müxtəlif sahələr üzrə 13 spiker çıxış edib.

Ən maraqlısı isə konfrans müddətində texnologiyaların, sosial medianın imkanlarından faydalı istifadə edilib.

Belə ki, konfrans  DCM-nin rəsmi Facebook hesabından canlı yayımlanıb. Bununla yanaşı, səhifə konfransda baş verənləri aktiv paylaşmaqla diqqət çəkib.

DCM-nin rəsmi InstagramTwitter səhifəsi də aktivliyi ilə seçilib.

İştirakçıların biletlərinin xüsusi QR kod ilə olması və tədbirə daxil olarkən ağıllı qapı ilə yoxlanılması da yeniliklər sırasındadır.

Onu da bildirək ki, biletlərin belə təşkil edilməsi qeydiyyat sistemini də asanlaşdırır. Belə ki, biletin üzərində ad, QR kod olduğu üçün qeydiyyatda sadəcə həmin hissə kəsilir və Sizə təqdim edilir. Bununla da kağız üzərində qeydiyyatı təsdiqləməyə ehtiyac qalmır.

 

Qeyd edək ki, konfrans davam etdiyi vaxtda  hər bir iştirakçının telefonuna Qmeter sistemi ilə mesaj göndərilərək, rəyləri öyrənilib. Göndərilən mesajlarda təbirin təşkilaçılığı və spikerlərin çıxışlarına qiymət vermək imkanı yaradılıb.

Tədbir müddətində iştirakçılar arasında müsabiqə də keçirilib. Belə ki, qaliblərə texnoloji avadanlıqlar təqdim edilib.

Konfrans Facemark.az onlayn marketinq portalının təşkilatçılığı ilə baş tutub.

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.