Rəqəmsal ödənişlər müzakirə olunub

01-11-2017 / 11:26

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Mərkəzi Bank tərəfindən hazırlanan  “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin ictimai müzakirəsi təşkil edilib.

Xeberler.az bildirir ki, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, nağdsız ödənişlər e-hökümət, e-ticarət və e-bankçılığın inkişafı yolu biznes mühitinin yaxşılaşması və iqtisadiyyatın əsas hədəfi olan səmərəliliyin artmasına imkan yaradır.

Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də qeyd olunub ki, maliyyə inklüzivliyinin artırılmasına xidmət edən nağdsız əməliyyatların genişləndirilməsi imkanları mövcuddur.

Vüsal Qasımlı əlavə edib ki, beynəlxalq hesabatlara görə, “dünyanın 100 nağdsız şəhəri” siyahısına salınan Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə təxmin edilən ümumi gəlir 1.9 milyard dollar, o cümlədən, istehlakçının gəliri 0.1 milyard dollar, biznes gəlirləri 1.4 milyard dollar, hökumətin gəlirləri 0.4 milyard dollar artar:

“Bu proses nəticəsində 15 il ərzində məşğulluq 3.5 faiz arta bilər. 2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın layihəsinin hazırlanmasında peşəkar komanda iştirak edib. Layihə ölkədə strateji yol xəritələrinin həyata keçirilməsində və strateji idarəetmənin tətbiqində mühüm rol oynaya bilər”.

 Daha sonra Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək ölkədə nağdsız ödənişlərin genişləndirilməsinin hər zaman Mərkəzi Bankın və hökumətin diqqət mərkəzində olduğunu vurğulayıb və bu məsələnin bu gün də aktual olduğunu bildirib.

“MasterCard Advisors” bölümünün Cənub Şərqi Avropa üzrə rəhbəri Selin Bahadırlı layihə çərçivəsində  rəqəmsal iqtisadiyyatın formalaşdırılması və rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə ölkədə qeyri-neft sektoru üzrə nağd iqtisadiyyatı şərtlləndirən amillərin fundamental təhlilinin nəticələri, maliyyə bazarlarının mövcud vəziyyəti, nağdsız hesablaşmaların inkişafına mane olan institusional faktorlar barədə  məlumat verib.

Layihənin yekunu kimi hazırlanan dövlət proqamında qabaqcıl beynəlxalq təcrübə əsasında rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə marifləndirmə və təbliğatın təşkili olmaqla dörd istiqamət üzrə 18 prioritet və bütövlükdə 60-dan çox tədbir müəyyən edilib .

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.