Reyhana Prezident mükafatı verildi

02-02-2018 / 22:58

Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
 
Xeberler.az-ın məlumatına görə, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilib:
 
Camalova Reyhan Rauf qızı

Əlfidatlı Gülnar Teyyub qızı

Fərəcov Xaqani Surxay oğlu

Quliyev Ağarəhim Vaqif oğlu

Səfərova Zümrüd Rasim qızı

Zeynalova Aysun Gülağa qızı

Məlumat verdiyimiz kimi, hazırda Hindistanda Qlobal Sahibkarlıq Sammiti keçirilir. Belə ki, sammit  Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə  baş tutur.

Ölkəmizi sammitdə 15 yaşlı həmyerlimiz Reyhan Camalova "Rainergy” startapı ilə təmsil edir.

Xatırladaq ki, ötən il də bu sammitdə Azərbaycanı xanım həmyerlimiz Leyla Tağızadə təmsil etmişdi. L.Tağızadə hazırda Reyhan Camalovaya mentorluq edir.

Ötən gün sammitin açılışı olub. Sammitdə çıxış edən İvanka Trump Reyhan Camalovanın startap layihəsini yüksək qiymətləndirib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə