Rezidenturaya hazırlaşanlar üçün onlayn sınaq imtahanı keçirilir

29-06-2015 / 14:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinə hazırlaşan namizədlər üçün onlayn sınaq imtahanı keçirir.

Komissiyanın mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn imtahanda suallar qəbul imtahanının ikinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını İnternet ödəmə vasitəsilə bu linkdən  əldə etmək olar.

Namizədlər əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə isə bu səhifədən  qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə bilərlər.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə