“Riyazi Milyonçu” oyunu təqdim edilib

16-06-2016 / 10:40

"Uşaqlar və  böyüklər üçün "Riyazi Milyonçu" oyunu Android platformalı telefonlar üçün istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, riyazi hesablama qabiliyyətini artırmaq üçün uşaqlar və böyüklər üçün oyunda minlərlə maraqlı və əyləncəli suallar yerləşdirilib.

Platformada xüsusi reytinq sistemi ilə kimin daha çox xal topladığını görə bilərsiniz. Bununla yanaşı,  Facebook ilə daxil olmadan da  reytinqi görə bilər, reytinqinizi sosial platformalarda (Whatsapp, Facebook) paylaşa bilərsiniz.

Qeyd edək ki, oyun 5 dildə ( Azərbaycan, ingilis, türk, rus, ukrayna) təqdim edilib.

"Riyazi Milyonçu"  oyunu barədə buradan ətraflı məlumat əldə edib və tətbiqi yükləyə bilərsiniz.

 Bu layihə Appoll - Ustad.az tərəfindən hazırlanıb. 

Sevinc Əsədova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə