Robot hava limanında sərnişinlərə kömək edir

15-05-2018 / 13:49

İsveçin Furhat Robotics startapı öz sosial robotunu təqdim edib.

Xeberler.az xarici mediaya istinadən bildirir ki, o, danışa və həmsöhbətini dinləyə bilən insan büstünə bənzəyir. Robotun məqsədi insanlara kömək etmək və ağıllı xidmətlər göstərməkdir.

Hazırda robot Almaniyanın əsas hava limanı sayılan Frankfurt aeroportunda sınaqdan keçirilir. O, sərnişinlərin suallarına cavab verir, yaranmış problemlərlə bağlı praktik tövsiyələrini paylaşır. Sərnişinlərin sözlərinə görə, ingilis dilində danışan robot uçuşlarda yaranan gecikmələr və yaxınlıqda yerləşən kafelər haqqında faydalı göstərişlər verir.

Furhat Robotics istehsalçıları qeyd ediblər ki, onların biznes-modeli insanla robotun qarşılıqlı əlaqəsi üçün istənilən mühitdə tətbiq edilə bilər. Texnologiya insanlara xidmət etmək üçün artıq tamamilə hazırdır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.