Robot-itlər yaşlı insanlara yardım edəcək

02-05-2017 / 15:50

Böyük Britaniyanın Şeffild Universitetinin mütəxəssisləri xüsusi olaraq yaşlı insanlara yardım üçün MiRo adlı bionik robot hazırlayıb.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, müxtəlif sensorlarla təchiz edilmiş robot toxunuşları hiss edir.

MiRo-nun gözlərinə quraşdırılmış stereokameralar insanları tanıyır və onların hərəkətlərini izləyir. Burnunda yerləşdirilmiş səs naviqatoru sayəsində robot öz yerini müəyyən edir.

İnteqrasiya edilmiş süni intellekt robota giriş qapısındakı ziyarətçiləri tanımaq və gündəlik problemləri sahiblərinə xatırlatmaq imkanı verir.

O, həmçinin zəng edə və təhlükə zamanı həyəcan siqnalı verə bilər. MiRo xüsusi proqramın köməyilə insanı səs və xarici əlamətlərinə görə tanıyacaq. Qurğunun qiyməti 2800 ABŞ dolları təşkil edir.

Xeberler.az

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə