Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək

21-08-2018 / 14:25

5-7 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək.

Xeberler.az məlumat verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən informasiya verilib.

Bildirilib ki, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu Olimpiadada 12 ölkə iştirak etsə də artıq bu say 70-i keçib.

Qeyd edək ki, ölkəmizdə də gənclərin elmi-texniki biliklərinin inkişaf etdirilməsinə göstərilən xüsusi diqqət nəticəsində 7 oktyabr 2017-ci il tarixdə ilk dəfə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan üzrə seçim yarışı keçirilib. Yarışda müxtəlif kateqoriyalar üzrə qalib gələn komandalar 10-12 noyabr 2017-ci il tarixlərdə Kosta Rikada keçirilən Dünya Robot Olimpiadasının final mərhələsində iştirak etmək hüququ əldə etdi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Robot Olimpiadasının finalına qatıldı. İlk dəfə iştirak etmələrinə baxmayaraq gənclərimiz ölkəmizi layiqincə təmsil etmiş, komandalarımız 71 ölkə arasında 17-ci pillədə qərarlaşıb.

Belə ki, 16-18 noyabr 2018-ci il tarixlərdə Tayland Krallığında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədilə 5-7 oktyabr 2018-ci il tarixlərdə Bakı şəhərində Dünya Robot Olimpiadasının Azərbaycan üzrə növbəti seçim yarışı keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə 7 oktyabr 2017-ci il tarixdə keçirilən seçim yarışında 8 təhsil müəssisəsindən 22 komanda iştirak etmişdir. 2018-ci il üçün nəzərdə tutulan növbəti seçim yarışında isə 30-dan artıq təhsil müəssisəsindən 70-ə yaxın komandanın mübarizə aparacağı gözlənilir.

Yarışlarda iştirak etmək istəyən gənclər bu linkə daxil olaraq 22 sentyabra qədər qeydiyyatdan keçə bilərlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə