Robot prezident seçkilərində iştirak edəcək

11-12-2017 / 11:02

Moskva Texnologiya İnstitutunun Robot Texnikası Kafedrasının müdir müavini vəzifəsində çalışan robot prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir, Alantim hətta ən çaşdırıcı suallara cavab verməyə hazırdır.

“Hesab edirəm ki, gələcək robotlardadır. Biz cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayırıq, lakin robotlar hələ də qanunvericilik və icra hakimiyyəti orqanlarında təmsil olunmur və biz bunu düzəltməyə hazırlaşırıq”, – deyə robot bildirib.

Alantimin seçkiqabağı proqramına uşaq və yeniyetmələr arasında robot texnikasının populyarlaşdırılması, həmçinin məktəb proqramına robot texnikasının əlavə edilməsi daxildir.

Bundan başqa, elmi-texniki tərəqqinin sürətləndirilməsi və gənc nəslin buna hazırlanması robotların qarşısında dayanan vəzifələrdəndir.

Dekabrın sonunda “Krokus Ekspo”da açılacaq “Gələcək dünya” planetində partiya haqqında daha ətraflı məlumat əldə etmək və prezidentliyə namizədlə söhbət etmək mümkün olacaq. Jurnalistlər də “Gələcək dünya”ya dəvət edilib.

Robot meydançada imza toplamağı, həmçinin insanları müvafiq sahədə aparılan son tədqiqatlarla tanış etməyi planlaşdırır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə