Robot tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış edib

18-10-2018 / 14:17

Yaponiyada hazırlanmış “Pepper” adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib. Bu, tarixdə ilk dəfə Böyük Britaniya parlamentində çıxış etmiş ilk robotdur.
 
Xeberler.az  bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, Böyük Britaniyanın qanunvericiləri Yaponiyanın “Softbank Group” şirkəti tərəfindən hazırlanmış “Pepper” robotunun iclas otağına daxil olaraq ingilis dilində çıxışını maraqla izləyiblər.
 
“Pepper” robotu qanunvericilərə yaşlı insanlara kömək edəcək robot istehsalının inkişaf layihəsi haqda məlumat verib. Layihənin məqsədi səhiyyə sisteminin üzərinə düşən yükü azaltmaqdır. Həmçinin bu layihə yaşlı insanlara sərbəst yaşamaqda, təklikdən uzaqlaşmaqda və onların həyat şəraitini yaxşılaşdırmaqda kömək edəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə