Robot tozsoran ev sahibinə məlumat verəcək

02-08-2017 / 16:40

Yüksək ixtisaslı mütəxəssislərin fikrinə görə, robot-tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla üsuldur.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.

IRobot şirkətinin aparıcı eksperti Kolin Enql qeyd edib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır.

Tozsoran informasiyanın toplanması və ötürülməsiylə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.

Yaxın gələcəkdə alimlər robot-tozsoranın köməyilə eksperimental tədqiqat keçirməyi də planlaşdırırlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə