Robota oxşar smartfon təqdim edilib

06-10-2015 / 16:18

Sharp şirkəti robot formasında hazırlanan RoBoHoN smartfon modelini təqdim edib. 

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, robotun hündürlüyü 19,5 sm, çəkisi 390 qram təşkil edir ki, bu da smartfon üçün çox hesab edilir. Kamera və dinamiklər robotun baş hissəsində, 2 düymlük sensorlu displey isə kürəyində yerləşir. Qurğu 3G və LTE standartlarını dəstəkləyir, eləcə də Wi-Fi şəbəkəsinə qoşula bilir.

RoBoHoN ikinüvəli  Qualcomm Snapdragon 400 MSM8926 prosessoru ilə işləyir.

Telefon funksiyası ilə yanaşı, səs və sifətləri tanıyan robot-smartfon həmçinin sərbəst şəkildə hərəkət edir, insanı əyləndirir, eləcə də mini-proyektor rolunu oynayır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə