Robotlar arasında xizək yarışı keçirilib

14-02-2018 / 12:18

Hazırda Qış Olimpiya Oyunları keçirilən Cənubi Koreyada robotlar arasında xizək yarışları təşkil edilib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, qalib üçün 10 min ABŞ dolları məbləğində mükafat nəzərdə tutulub.

“Edge of Robot: Ski Robot Challenge” adlı yarışlarda yerli universitet və şirkətlərin komandaları tərəfindən yaradılmış 8 robot iştirak edib. Kiçik robotların vəzifəsi 80 metrlik yolun sonuna rəqiblərindən daha tez çatmaq olub. Belə yolda xizək sürmək yeni başlayan xizəkçilər üçün asan olsa da, robotların işi asan olmayıb. Onların bir çoxu şaxta və güclü küləyə görə finiş xəttinə çata bilməyiblər.

Qalib ilk cəhddən bütün maneələrin öhdəsindən gələrək yarışmanı 18 saniyə ərzində başa çatdıran “Taekwon V” adlı robot olub. Daha əvvəl “MiniRobot” şirkətinin mütəxəssisləri robotun yarışmaya hazırlıq prosesini əks etdirən videonu dərc ediblər. Burada, həmçinin maneələrin tanınması sisteminin işi nümayiş olunur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə