Robotlar insanlara məsləhət verəcək

20-11-2015 / 12:37

Tokioda süni intellekt sahəsində ən yeni texnologiyadan istifadə edilərək hazırlanmış, insanın istəklərini sistemləşdirməyi və ona faydalı məsləhət verməyi bacaran Kibiro adlı robot təqdim olunub.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, çəkisi 800 q, hündürlüyü 28 sm olan robot zahirən insana bənzəyir. Kibiro kamera, səs gücləndirici, mikrofon və xarici görünüşü identifikasiya edən qurğu ilə təchiz edilib.

Sahibini sifət və səsinə görə tanıyan robot onunla söhbət edərkən faydalı informasiyanı (əsasən sahibinin istəklərini) yaddaşda saxlayır. Bu məlumatlara əsasən, sahibinin xahişi ilə ona restoran, film və s. seçməyə kömək edir.

Bundan əlavə, Kibiro sahibi ilə elektron poçt və ya sosial şəbəkələr vasitəsilə aktiv yazışma aparır.

2016-cı ildə satışa çıxarılacaq robotun qiymətinin 1000-1200 dollar təşkil edəcəyi ehtimal olunur.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə