Robotlar insanlardan daha az səhv edir-Təhlil

14-04-2018 / 12:10

Pilotsuz avtomobillərdən tutmuş robotlara qədər – getdikcə insanların gündəlik işlərini ağıllı cihazlar öz üzərinə götürür. Nyu-Yorkun Tayms-skver küçəsindəki Yotel otelində sakinləri Yobot qarşılayır, onlar oteldən çıxandan sonra, şəhərdə rahat gəzmələri üçün, baqajlarını qəbul edir və kameralarda yerləşdirir. Yobot sahibinə işçilərdə, sakinlərə isə arabadaşıyanlara verəcəkləri əlavə pulda qənat etməyə kömək edir.

 Çamadanların daşınması: insanların əvəzinə xüsusi maşınların çamadanların daşımasını kiçik bir misal kimi göstərmək olar. 2013-cü ildə Oksford Universitetinin elmi işçiləri Karl Benedikt Freyin və Maykl Osbornun hesablamalarına görə, yaxın 20 ildə ABŞ – da 47% peşə sahiblərini tam və ya qismən robotlar əvəz edəcək. Özü də bu dəyişikləiklər nəinki aşağı ixtisaslı əmək sahiblərinə toxunacaq, yüksək ixtisaslı əməkdaşları da süni intellekt əvəz edəcək.

Mütəxəssislər tibbi daha çox misal olaraq çəkməyi xoşlayır. Məsələn: artıq xəstəxanalarda həkimləri əvəz edəcək texnologiyalar hazırlanıb: Avstraliyalı startap Enlitic rentgen şəkillərinin və kompüter tomoqrafiyasının araşdırması üçün avtomatik sistem yaradıb.

Bu texnologiyalar Avstraliyanın 40 klinikasında sınaqdan keçirilir və məlum olur ki, robotlar insanlardan fərqli olaraq, daha az səhv buraxır. Artıq bir çox klinakalar maşın diaqnostikasını həyata keçirir, eləcə də robotlar cərrahlara əməliyyatlar zamanı kömək edir. Bu əməliyyatlarda robotlar ideal dəqiqlik və səliqəliyə nail ola bilir. Gələcəkdə maşınların təlim alqoritmi, pasiyentlərin xəstəlik tarixi əsasında, canlı həkimlərə nisbətən daha dəqiq diaqnoz qoya biləcəklər. Faktiki olaraq, texnologiyalar tibb işçilərinə diaqnostika prosesinə müdaxilə etmək imkanını yalnız maşınların normadankənar halları analizlərdə və ya şəkillərdə göstərdiyi zaman verəcək.

Bunula yanaşı insanlar öz əvəzolunmazlıqlarına inanır: 2015-ci ilin iyul ayında, tədqiqat mərkəzinin apardığı sorğu nəticəsində daimi və ya qismən əmək fəaliyyəti ilə məşğul olan 80% amerikalı hesab edir ki, yarım əsirdən sonra da onların peşələri olduğu kimi qalacaq. Lakin iqtisadçılar əks fikirdədilər: yaxın 50 il ərzində robotlar müxtəlif ixtisaslı işçilərin əmək fəaliyyətini azaldacaq.

İlk növbədə bu orta və aşağı ixtisaslı əməkdaşlara aid olacaq. Məsələn: Momentum Machines şirkətinin hamburger hazırlayan avtomatik maşını 10 saniyə ərzində hamburgeri bişirib hazırlaya bilər. Və tezliklə bu maşınlar McDonald's-ın bütöv işçi briqadasını əvəz edə bilər. İlk olaraq işindən məhrum olacaq namizədlər arasında ofis-menecrlər, kassirlər, mağazalarda məsləhətçilər, call-center-lərin operatorları və satış üzrə menecerlər var.

Daha sonra növbədə sənaye müəssisələrinin işçiləridir. Məsələn: Danimarka şirkəti Universal Robots artıq bütün dünyada təkaralanan komandaları yerinə yetriməyi bacaran 8000 – dən çox robot satıb. Bunula da, çox güman ki, müəssisələrdə avtomobil yığan işçilərə artıq ehtiyac qalmayacaq. Gözlənilir ki, robotlar ofisiantları, kitabxanaçıları, xadimələri və aptek işçilərininin də peşələrini “əlindən alacaq”.

Robotların “işğalı” nəticəsində yarana biləcək işsizlikdən qorxmaq lazımdırmı? İqtisadçı Henri Hezlittin dediyinə görə, əməyin avtomatlaşdırılması, insan resurslarını daha yaxşı formada tətbiq etməkdən azad edəcək, eləcə də, hələ mövcud olmayan yeni peşələrin yaranmasına təkan verəcək. Belə peşələrin bir hissəsi süni intellektin sayəsində meydana gələcək. Məsələn, böyük ehtimalla pilotsuz avtomobillər sürücü peşəsini yox edə bilər. Lakin əvəzində fövqəladə vəziyyətlərdə yarana bilən halların öhdəsindən gələn və maşınların xüsusi əhəmiyyətli yüklərini müşayiət etmək üçün operatorlar tələb oluna bilər. Çat-botlara və digər elektron servislərə alıcılara xidmət göstərmək və müştərilər ilə dialoqların səviyysəini artırmaq məqsədi ilə mətnlər yazanlar tələb oluna bilər.

Hansı peşələrin 15-20 ildən sonra yaşamaq şansı yüksəkdir?

McKinsey şirkətinin ekspertləri belə qənaətə gəliblər ki, ən çətin insanlarla idarəetmə işləri ilə bağlı olan peşələri avtomatlaşdırmaqdır. Belə işlərdə təcrübə, düzgün qərar vermək üçün analiz etmək bacarığı, işə yaradıcı yanaşma (jurnalistlər, proqramçılar, aşbazlar) tələb olunur. Həmçinin, müştərilər ilə danışıqlar aparmaq qabiliyyəti də nəzərə alınır. Qəribə olsa da, bəzi aşağı ixtisaslı işçilərin əməyini də avtomatlaşdırmaq çətin məsələdir. Misal üçün: robotlar hələ ki, otel xadimələrinin vəzifələrini və yataqları yığışdırmaq kimi işləri görə bilmir. Çünki sakinlərin otaqlarda yataq ləvazimatlarını hara atacağı gözlənilməz haldır.

McKinsey hesablamalırna görə, mövcud texnologiyalar əsasında indiki peşələrin yalnız 5% - i tam şəkildə avtomatlaşdırıla bilər. Bununla belə robotlar bütün peşələrdə 45% - ə qədər aktivlik göstərər bilər. Bəzilər üçün bu 30% işçi vəzifəsinin avtomatlaşıdrılması deməkdir.

Bundan başqa McKinsey şirkətinin ekspertləri qeyd edir ki, robotlarla bir çox peşələri əvəz etmək texniki tərəfdən mümkün olsa da, praktikada buna o qədər də ehtiyac olmayacaq. Saatda 10 dollar qazanan aşbazı, daha baha başa gələn robotla əvəz etməyin nə mənası var? Bəzi hallarda isə, çoxları mexanizmlərin əvəzinə yanlarında canlı insanların, dayələrin, baxıcıların olmasına üstünlük verə bilər.

Humanitar və iqtisadi problemlərlə yanaşı, robotların geniş yayılmasını kibertəhlükəsizlik məsələlərinidə nəzərə almaq lazımdır. Ən böyük təhlükə, robotların fəaliyyətini təşkil edən proqramlardadır.

İnsanların və robotların münasibəti ayrı suallar doğurur. Cəmiyyət zəmanət tələb edəcək ki, bu robotlar insanlara zərər verməyəcək. Lakin maşının intelellektinin əsasənda kibertəhlükəsizlik proqramının olduğu halda buna necə nail olmaq olar? Robotlar həmçinin informasiya təhlükəsizliyi sahəsində böyük bir yeni bazar yaradır, bu da maşın intellektinin təkmilləşdirilməsinə uyğun olaraq transformasiya olunacaq.  Gələcəkdə müvafiq qorunmanın təmin edilməsi üçün artıq bugün kibertəhlükəsizlik haqqında düşünmək lazımdır. İnformasiya sistemlərinin quraşdırılması mərhələsində kompleks amillər nəzərə alınmalıdır – müdafiə həllərinin quraşdırılmasından əməkdaşların təlimi və şəbəkənin daimi monitorinqinədək.

Kaspersky Lab-ın Azərbaycandakı rəsmi nümayəndəsi

Müşviq Məmmədov

Xeberler.az-a özəl

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.