Robototexnika Olimpiadasına qeydiyyat başladı

16-05-2018 / 11:31

2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmasını nəzərə alaraq Qərbi Kaspi Universiteti “ADR 100 – Məktəblilərarası LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadasını həyata keçirir.

Bu barədə Xeberler.az-a Universitetdən məlumat verilib.

Olimpiada şərtlərinə əsasən respublika məktəblərinin 5-11-ci sinif şagirdlərinin 2 nəfərlik komanda şəklində olimpiadada iştirakı nəzərdə tutulub. Hər komanda qeyd olunan 2 kateqoriyadan yalnız birində iştirak edə bilər.

1. LEGO xətt izləyən

İştirakçı komandalar universitet tərəfindən təmin ediləcək olan LEGO EV3 robotları ilə onlara ayrılmış 2 saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışacaqlar.

Qeydiyyat burada.

2. Arduino sərbəst layihələri

İştirakçı komandalar qeydiyyatdan keçdikləri zaman hazırlayacaqları Arduino sərbəst layihəsi haqqında məlumat verəcək və universitet tərəfindən təmin olunacaq Arduino ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim edəcəklər. (Layihələrin məzmununa görə əlavə avadanlıqların istifadəsi icazə veriləcəkdir. Qeydiyyat bitdikdən sonra bu kateqoriya üzrə yarışa qoşulanlarla görüşlər keçiriləcəkdir.)

Mayın 24-25-də keçiriləcək yarışlar üçün qeydiyyat mayın 20-də bitir.

Qaliblər notebook, mobil telefon, tablet və digər qiymətli hədiyyələrlə təltif olunacaq. Digər iştirakçılara da Sertifikat və hədiyyələr təqdim olunacaq.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.