RTV ilə bağlı yeniliklər Bakutel-də

04-12-2015 / 17:31

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi (İB) Bakutel 2015 sərgisində öz stendi ilə iştirak edir.

Xeberler.az bildirir ki, qurum fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə sərgi iştirakçılarını  və tərəfdaşlarını məlumatlandırır.

Bundan başqa, stenddə ölkə ərazisində həyata keçirilən rəqəmli  televiziya və radio yayımı  ilə bağlı xidmətlər nümayiş olunur.

Eyni zamanda, sərgi çərçivəsində gələcəkdə bütün respublika ərazisində çoxproqramlı kommersiya yayımının təşkil edilməsi üçün istehsalçı şirkətlərlə danışıqlar aparılır.

IP TV xidmətinin genişləndirilməsi üçün dövlət və özəl operatorlara  bu xidmət barədə  müfəssəl məlumatlar verilir.

Qeyd edək ki, Teleradio İB respublikada analoq və rəqəmli radio-televiziya yayımını, radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını, İP TV və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə