Rus və ingilis dilində Azərbaycanda fəaliyyət göstərən hotel saytları

10-12-2015 / 15:06

Turizm, əyləncə, istirahət ilə maraqlanırsınızsa ölkədə fəaliyyət göstərən hotellərin xidmət və qiymətlərindən də xəbərdar olmalısınız.

Bunun üçün Xeberler.az olaraq “Milli resurslar” rubrikası çərçivəsində araşdırdığımız hotellərin saytlarını izləyə bilərsiniz.

Qeyd edək ki, aşağıda adlarını qeyd etdiyimiz hotellər Azərbaycanda fəaliyyət göstərsə də əksəriyyətinin saytında Azərbaycan dilində məlumatlara rast gəlmək mümkün deyil.

afhotel.az - AF Hotel & Aqua Park Ailəvi İstirahət Mərkəzinin rəsmi internet səhifəsidir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

arazhotel.az – Araz Hotelin saytıdır. Hotel Bakı şəhəri, Y.Səfərov küç.30-da yerləşir, amma rəsmi internet səhifəsi yalnız ingilis dilində fəaliyyət göstərir.

hotel-absheron.com – Abşeron hotelinin rəsmi saytıdır. Hotel Bakı şəhəri, Azadlıq Meydanı, Məhəllə 674-də yerləşir, amma saytı Azərbaycan dilindən başqa bütün dillərdə fəaliyyət göstərir.

alpinnhotel.com – 4 ulduzlu ALP inn hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı şəhəri, Həsən Əliyev küç.82B-də yerləşir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

www.chiragplaza.az – Bakı şəhəri, Tbilisi pr. 49 C ünvanında yerləşən Çıraq Plazanın rəsmi internet səhifəsidir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

empirehotel.az – Empire hotelin saytıdır. Hotel Bakı şəhəri, Xəqani küç.49-da yerləşir, saytı Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir.

icheri-sheher.az – İçəri Şəhər hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı, İçəri Şəhər, Məmmədyarov küç.1/34-də yerləşir. Sayt türk, rus, alman, ingilis dillərində fəaliyyət göstərir.

museuminn.az – Museum İnn hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı şəh. İçəri şəhər, Q.Məhəmməd küç.3-də yerləşir. Amma hotelin saytında xidmətlər sırasına Azərbaycan, rus, ingilis dili yazılsa da məlumatları yalnız ingilis dilində oxumaq mümkündür.

hotelanatolia.az –Anatolia hotelin rəsmi internet səhifəsidir. Hotel Bakı şəhəri, Y.Vəzirov küç.108-də yerləşir, hotelin saytı isə yalnız ingilis dilində fəaliyyət göstərir.

atropathotel.com – Atropat hotelin saytıdır. Hotel Bakı, İçəri Şəhər, M.Maqomayev küç.11-13-79-da yerlşir. Sayt Azərbaycan, rus, ingilis və türk dillərində fəaliyyət göstərir.

austinhotel.az – Austin hotelin rəsmi internet səhifəsidir. Hotel Bakı, Nizami küç. 5B-də yerləşir, sayt yalnız ingilis dilində fəaliyyət göstərir.

ayf-palacehotel.com – Palace hotelin saytıdır. Hotel Bakı, Xətai pr. 39-da yerləşir, sayt ingilis və rus dillərində fəaliyyət göstərir.

hotelrespublika.com – Hotel Respublikanın rəsmi internet səhifəsidir. Hotel Bakı şəh, İstiqlaliyyət küşəsində yerləşir. Sayt isə ingilis və rus dillərində fəaliyyət göstərir.

panoramahotel.az – Panorama hotelin saytıdır. Hotel Bakı şəh, 12 km, Salyan şossesi, Şıx qəsəbəsində yerləşir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

parkinn.com – Park İnn hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı şəh, Azadlıq prospektində yerləşir. Sayt 14 dildə fəaliyyət göstərir, bunların arasında Azərbaycan dili yoxdur.

radissonblu.com – Radisson Blu hotelinin saytıdır. Hotel Bakı şəh, Nizami küç 69-da yerləşir. Sayt 15 dildə fəaliyyət göstərir. Bunların arasında Azərbaycan dili yoxdur.

riviera.az – Riviera hotelin rəsmi internet səhifəsidir. Hotel Bakı şəh. Q.Abbasov küçəsində yerləşir. Hotelin saytı rus, ingilis, Azərbaycan dilində fəaliyyət göstərir.

gizgalasi.com- Qız qalası hotelinin saytıdır. Hotel Bakı, İçərişəhər, Mirzə Mənsur küç 34-də yerləşir. Saytı isə yalnız ingilis dilində fəaliyyət göstərir.

qafqazhotels.com – Qafqaz Baku City hotel & Residences-in rəsmi internet səhifəsidir. Hotel Bakı şəh, K.Kazımzadə küç.118, blok 568-də yerləşir. Hotelin saytı ingilis, rus, Azərbaycan dilində fəaliyyət göstərir.

oldcityinnbaku.com – Old City İnn hotelin saytıdır. Hotel Bakı şəh. İçərişəhər 1 Qəsr, 51 ünvanında yerləşir. Sayt 90 dildə fəaliyyət göstərir.

suvar.az – SUVAR dağ-turizm bazasının saytıdır. Hotel Qusar rayonunda yerləşir, saytı Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir.

sultaninn.com – Sultan İnn hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı İçərişəhər, Böyük Qala küç, 20-də yerləşir. Sayt yalnız rus və ingilis dilində fəaliyyət göstərir.

sunrise.az – Sun Rise hotelinin rəsmi internet səhifəsidir. Hotel Bkı şəh, T.Əliyev küçəsində yerləşir. Hotelin saytı rus, ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir.

thelandmarkhotel.az – Landmark hotelinin saytıdır. Hotel Bakı şəh, Nizami küç, 90 A ünvanında yerləşir. Sayt isə yalnız ingilis dilində fəaliyyət göstərir.

www.bakupalace.az – Bakı Palace Azcot inn hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı şəh. İçəri Şəhər. İslam Səfərli küç.15 ünvanında yerləşir. Sayt yalnız rus dilində fəaliyyət göstərir.

balionhotel.com – Balion hotelin rəsmi internet səhifəsidir. Hotel T.Əliyarbəyov küç.17 ünvanında yerləşir. Hotelin saytı yalnız ingilis dilində fəaliyyət göstərir.

butahotel.com – Buta hotelin saytıdır. Hotel Bakı, İçərişəhər, Qəsr küç. 16-da yerləşir. Saytı isə yalnız ingilis, rus dilində fəaliyyət göstərir.

c-group.az – Comfort İnn hotelinin rəsmi internet səhifəsidir. Hotel Bakı, Sumqayıt şossesi 3-cü km ünvanında yerləşir. Saytın xidmətləri sırasına Azərbaycan, rus və ingilis dili yazılsa da yalnız ingilis dilli versiyasından faydalanmaq mümkündür.

consulhotel.az – Consul hotelin rəsmi internet səhifəsidir. Hotel Bakı, Həsən əliyev küç.92c ünvanında yerləşir. Hotelin saytı ingilis və Azərbaycan dilində fəaliyyət göstərir.

cbh.az – Crescent Beach hotelin rəsmi internet səhifəsidir. Hotel Bakı, Salyan şossesi, Şıx qəsəbəsində yerləşir. Sayt Azərbaycan, rus və ingilis dilində fəaliyyət göstərir.

jumeirah.com – Jumeirah Bilgah Beach hotelin saytıdır. Hotel Bakı, Bilgəh, Qələbə 94 ünvanında yerləşir. Sayt 5 dildə fəaliyyət göstərir. Azərbaycan dili buna aid deyil.

karatinnhotel.com – Karat inn hotelin saytıdır. Hotel Bakı Süleyman Rəhimov küç 175-də yerləşir. Sayt isə yalnız ingilis dilində fəaliyyət göstərir.

dashtvend.com - Daşvənd hotelin rəsmi internet səhifəsidir. Hotel Masallı şəhəri, Ərçivan qəsəbəsində yerləşir. Sayt Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir.

ramadaplazagence.com - Ramada Plaza Gəncə hotelinin rəsmi saytıdır. Hotel Gəncədə yerləşir, saytı Azərbaycan dilində fəaliyyət göstərir.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.