Rusiya Azərbaycanda İT cəmiyyəti yaratmaq istəyir

25-05-2017 / 16:52

Rusiyanın informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış Infowatch şirkəti təcrübəsini Azərbaycanla bölüşmək niyyətindədir.

Xeberler.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında şirkətin regional inkişaf üzrə meneceri Aleksandr Qorskiy bildirib.

"Hesab edirəm ki, Azərbaycanda vaxtında fəaliyyətə başlamışıq. Rusiyada keçid dövrü artıq başa çatıb, indi bu dönəm Azərbaycanda müşahidə edilir. Biz Azərbaycanı informasiya təhlükəsizliyi sahəsində səhv etməməyə çağırırıb və əldə etdiyimiz təcrübəni bölüşə bilərik. Azərbaycanda informasiya təhlükəsizliyi sahəsində cəmiyyət yaratmağa çalışırıq. Bu, sonradan yaranan çətinliklərindən həll edilməsinə kömək edəcək. Çünki ildən ilə çətinliklərin sayı artır", -deyə A.Qorskiy qeyd edib. 

Onun sözlərinə görə, hazırda informasiya təhlükəsizliyi hər kəsin marağında olan məsələdir:

"Mərkəzimizin informasiya təhlükəsizliyi ilə bağlı hazırladığı statistikaya nəzər salsaq, ötən il Azərbaycan da daxil olmaqla, bütün dünyada maliyyə, bank-sığorta, ticarət, kommersiya, tibb, bir sözlə, iqtisadiyyatın pul olan istənilən sektoru təhlükəyə məruz qalıb". 

Regional menecer deyib ki, Azərbaycanaa təklif edilən və daha çox tələbat olan məhsullar Traffic Monitor, InfoWatch Vision, InfoWatch Attack Killer kimi informasiya sızıntıları, DDoS və kiberhücumlar əlayhinə olan məhsullardır. Azərbaycanda informasiya texnologiyaları üzrə şirkətin son yarım ildə nikbin istiqamətdə inkişaf etdiyini deyən A. Qorskiy insanlar arasında bu mədəniyyətin xeyli irəlilədiyini qeyd edib.

"Ümumilikdə ötən il bizim üçün çox məhsuldar keçib. Maliyyə göstəricilərimizin artımı sabit şəkildə davam edir. Eyni zamanda məqsədli auditoriyamız  hər il genişlənir. Bu göstəricilər mövcud olduğumuz bütün regionlardan özünü göstərir. Son 1 il Azərbaycanda maliyyə göstəricilərimiz nə mənfi, nə də müsbət olub. Lakin maraq daim müşahidə edilir. Əminəm ki, ötən il gördüyümüz iş bu il gözəl nəticələrini verəcək. İlin əvvəlindən bunu qeydə alırıq və bu, bizi çox sevindirir", - deyə o, əlavə edib.  

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə