Rusiya rəsmilərinə AZINNEX barədə təqdimat edilib

24-04-2018 / 17:44

Rusiya Federasiyasının Ulyanovsk vilayətinin dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz - İnternet Texnologiyaları İnkişafı Korporasiyasının direktoru Svetlana Opyenışevanın rəhbərlik etdiyi nümayəndə heyəti ASAN xidmət modeli ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdədir.

Xeberler.az bildirir ki, səfər çərçivəsində Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZINNEX) üzvləri ilə də görüşü keçirilib. Görüşdə AZINNEX, iştirak edən üzv şirkətlərin innovativ məhsul və xidmətləri barədə təqdimatlar edilib.

Görüşdə AZINNEX üzvlərinin Ulyanovsk vilayəti üçün idarəetmənin avtomatlaşdırılması, çoxfunksiyalı elektron xidmətlər və elektron hökumət üzrə təklif edə biləcəkləri real layihələr müzakirə edilib.

Görüş gələcəkdə real əməkdaşlıq imkanları istiqamətində müzakirələrlə yekunlaşdırılıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.