Rusiyada Google-un Android üzərindəki hakimiyyətinə son verildi

18-04-2017 / 11:57

Rusiyada Google-un Andorid üzərindəki hakimiyyətinə son qoyulub.

Məlum olduğu kimi, bir müddətdir Rusiya ilə Google arasında məhkəmə çəkişmələri davam edir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Rusiyanın Anti-inhisar Birliyi Android üçün Rusiyada yeni bir dövrün başladığını bildirib.  

Belə ki, artıq Rusiyadakı Android istifadəçiləri axtarış brauzeri  və yüklədikləri tətbiqlərdə seçim edə biləcək.

Məhkəmənin qərarı ilə Google Android-dəki tətbiq və mobil axtarış üzərindəki təzyiqini geri çəkməyi qəbul edib. Yəni, rusiyalı istifadəçilər bu iki sahədə Google-a bağlı qalmayacaq.

Rusiya Anti-inhisar Birliyi Google-un bazarda hakim olmaq üçün rəqabəti qoruma qanununa zidd hərəkət etdiyini sentyabr 2015-ci ildə açıqladığını xatırladıb.  Google axtarış tətbiqinin Android-ə standart olaraq gəldiyi və bundan da digər rəqibləri təsirləndiyi qeyd edilir.

Nəticədə Google-un bu mövzudakı gücü qırılıb. Artıq Google-un istehsalçıları məcbur edən anlaşmalar etməsi da mümkün olmayacaq. Şirkət indiyə qədər etdiyi qanun pozuntularına görə 438,067,400 rubl (28,6 milyon AZN) cəza ödəyəcək.

Digər tərəfdən, Rusiyanın bir nömrəli axtarış sistemi Yandex-in CEO-su Arkady Volozh bu qərarı düzgün qəbul edib və Rusiyadakı 55 milyon Android istifadəçisinin artıq öz seçimlərini etmək mövzusunda azad olduqlarını dilə gətirib.

Volozh bu halın Rusiyanın İT sahəsindəki rəqabətin inkişafına müsbət təsiri olacağını qeyd edib.

Günel


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.