Rusiyanın Hesablama Palatası ilə videokonfrans keçirilib

17-04-2019 / 17:31

Azərbaycan və Rusiyanın Hesablama Palataları nümayəndələri arasında videokonfrans formatında “Dövlət auditində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda ikitərəfli seminar keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə, həmçinin, Rusiyanın 60-a yaxın regional hesablama palatasının təmsilçiləri də müşahidəçi statusunda iştirak edib.

Videokonfransda aşağıdakı məsələlər üzrə müzakirələr aparılıb:

- Kənar dövlət auditi prosesinin avtomatlaşdırılması;

- Dövlət auditinin informasiya sisteminin yaradılması;

- Audit prosesində, o cümlədən məlumat bazasının işlənib-hazırlanmasında məlumat-texniki vasitələrinin tətbiq edilməsi.

Hesablama Palatasını videokonfransda İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdürü Cavid Bayramov, Beynəlxalq əməkdaşlıq və İnformasiya Texnologiyaları şöbəsinin müdürü Hilal Hüseynov təmsil ediblər. Beynəlxalq əməkdaşlıq və İnformasiya Texnologiyaları şöbəsinin müdürü Hilal Hüseynov öz təqdimatı zamanı Hesablama Palatasında dövlət auditində informasiya sisteminin yaradılması prosesi haqqında ətraflı məlumat verib.

Videokonfrans formatında keçirilən seminarın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən mövzu üzrə tərəflər arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib. 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.