RYTN-də yeni təyinat olub

14-07-2016 / 16:51

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni təyinat olub.

 Zamin Nurəhmədov nazirliyin aparat rəhbərinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Zamin Nurəhmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xeberler.az məsələni qurumla dəqiqləşdirməyə çalışıb.

YTP-dan məlumatı saytımıza təsdiqləyiblər.

Qeyd edilib ki, hazırda Zamin Nurəhmədovun yerinə təyinat olmayıb. Hələlik Zamin Nurəhmədovun yeri vakant olaraq qalır.

Məlumatda deyilib ki, hazırda YTP-ın əksər işçiləri də məzuniyyətdədir.

Qeyd edək ki, bundan əvvəl nazirliyin  aparat rəhbərinin müavini vəzifəsini  İlham Mərdanov tutub.

Zamin Nurəhmədov 2013-2016-ci illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı MMC-nin dövlət qurumları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, Azərbaycan Universitetinin İqtisadiyyat və İdarəetmə  Fakultəsində təhsil alıb. 1998-ci ildə Türkiyənin Bilkent Universitetində Eğitim kurslarını bitirib. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura şöbəsini bitirib. 1996-2001-ci illərdə  Azərbaycan Respublikası  Auditorlar Palatasında,  2002-2012-ci illərdə isə Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.