RYTN əmək yarmarkasında iştirak edəcək

16-11-2015 / 13:11

Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ənənəvi “Məzun-2015” əmək yarmarkası keçiriləcək.

ADİU-nun  mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, yarmarkada 40-dan çox dövlət və özəl qurum, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə Azerfon, Azercell,  Bakcell , Ultra şirkətləri vakansiyalar təklif edəcəklər.

Yarmarkada universitetin 3, 4-cü kurs və magistratura pilləsinin tələbələri və məzunlar iştirak edə bilərlər.

Əmək yarmarkası 11:00-dan 13:00-dək davam edəcək.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə