RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017 / 12:53

Azərbaycanda gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin yeni siyahısı təsdiqlənib.

Xeberler.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" qərarında əksini tapıb.

Siyahıya  SOCAR, Azərenerji ASC, Azərbaycan Hava Yolları QSC, Azərbaycan Dəmir Yolları QSC, Azərsu ASC, Azərişıq ASC, Xəzər Dəniz Gəmiçiliyi QSC, Bakı Metropoliteni QSC, Meliorasiya və Su Təsərrüfatı ASC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar (Azərkosmos ASC, Aztelekom MMC, Azərpoçt MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) daxil edilib.

Qeyd edək ki, yeni qərarın qəbulu ilə əlaqədar Nazirlər Kabineti "İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında" 2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarını ləğv edib.

Bu qərara əsasən iri vergi ödəyicilərinin siyahısına SOCAR, "Azərenerji ASC, Azərbaycan Dəmir Yolları QSC,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər, Azərsu ASC, Azərbaycan Hava Yolları QSC, Xəzər Dəniz Gəmiçiliyi QSC, Azərişıq ASC, Bakı Metropoliteni QSC daxil olub. (APA)

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.