Sabah ASAN xidmət mərkəzləri işləməyəcək

19-01-2017 / 11:24

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar ASAN xidmət mərkəzlərində qeyri - iş günü olacaq.

Bu barədə Xeberler.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

21 yanvar tarixindən etibarən isə vətəndaşlar ASAN xidmət mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, vətəndaşlar ASAN xidmət mərkəzlərinin iş rejimi haqqında ətraflı məlumatı 108 Çağrı Mərkəzi-dən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə