Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016 / 14:55

Sabah Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, toplantıda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında elektron xidmətlərin təşkili ilə bağlı  müzakirələr aparılacaq.

Məlum olduğu kimi, hazırda mərkəzi icra orqanları tərəfindən göstərilən xeyli sayda xidmətlər elektron formaya keçirilsə də, yerli icra orqanlarının xidmətlərinin elektron formaya keçirilməsi prosesi olduqca ləng gedir.

Hazırda yerli icra hakimiyyətləri tərəfindən 40-dək xidmət göstərilir ki, onların cəmi bir neçəsi elektron formada təqdim edilir.

Yerli icra orqanlarının rəsmi saytları da bir-birini təkrarlayır. Bu resurslarda yerli icra qurumlarının təqdim etdikləri xidmətlər haqqında da məlumata rast gəlinmir.

Qeyd edək ki, toplantıda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndələri də iştirak edəcək.

İctimai Şuradan bildirilib ki, müzakirələrin yekunu olaraq regionlarda elektron hökumət quruculuğunun sürətləndirilməsi məqsədilə Təkliflərin hazırlanması planlaşdırılır.

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura tərəfindən hazırlanan  təkliflərin VXSİ Dövlət Agentliyinə təqdim edilməsi nəzərdə tutulub.

Günel


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.