Sabah keçiriləcək CEO Summit-ə bilet ala bilməyənlərin nəzərinə

15-10-2016 / 21:15

Məlumat verdiyimiz kimi, sabah  Qafqaz Universitetində növbəti  CEO Summit keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, tədbirdə tanınmış şirkət rəhbərləri öz uğur hekayələrini iştirakçılarla bölüşəcək.

Spikerlər  Psixologiya və Konsultasiya Mərkəzinin  təsisçi və  rəhbər Elnur Rüstəmov “Uğurun Psixologiyası”, Türkiyənin Uni Baby şirkətinin təsisçisi və  rəhbəri Ataman Özbay, “40-na qədər tərləməyən, 40-dan sonra ağlar”, ( Kitabının İmza saatı olacaq ) T&J Marketing Solution şirkətinin rəhbəri Teymur Məmmədov “Gününə təkan ver həyatını yaşa- Kofeffekti”, Golden Pay şirkətinin rəhbəri Fərid İsmayilzadə “Texnologiya dünyanı hara aparır ?”, Horeca.com.az və İdeya Qazandı Verlişinin təsisçi və  rəhbər Rəşxan Qaraşlı “Rəşxan Qaraşlı –Özün Ol" mövzularında çıxış edəcək. Bununla yanaşı, tədbirdə sürpriz qonaq və mövzuların olacağı qeyd edilib.

Qeyd edək ki, əsas informasiya dəstəkçilərindən biri Xeberler.az İKT portalı olan sammitə qatılmaq ödənişlidir. Bunun üçün tələbələr 20 AZN, digər şəxslər isə 30 manat ödəməlidir.

Proqramın rəsmi səhifəsi www.ceosummit.az veb-saytı, əsas təşkilatçısı isə Business Talk (www.businesstalk.az) təşkilatıdır.

Business Talk təşkilatından Xeberler.az-a verilən məlumata görə, Summit-də iştirak üçün bilet ala bilməyənlər sabah "CEO Summit Baku 2016" ilə bağlı ayrılan “#Yeni #Qeydiyyat” masasına yaxınlaşıb, biletlərini alaraq birbaşa tədbirdə iştirak edə biləcək.

Qeyd edilib ki, 18:00-19:00 arası Türkiyədən gələcək olan iş adamı Ataman Özbayın kitab imza saatı olacaq.

 

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə