Sabah Milli Net -2010-un qalibləri bilinəcək

03-12-2010 / 15:24

Milli Net Təşkilat Komitəsi bildirir ki, 04 dekabr tarixdə saat 15-də Ambassador Otelində
Milli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.

14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən Milli İnternet Mükafatı uğrunda  Müsabiqədə 2-ci səsvermə  artıq 02 dekabr tarixdə başa  çatıb.

Hər bir  Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominantlara Müsabiqənin Diplomlarının verilməsi nəzərdə tutulub.

Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
 www.millinet.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə