Sabah “Milli Net 2013” qaliblərinin təqdimat mərasimi keçiriləcək

23-12-2013 / 11:29
Milli Net Təşkilat Komitəsi bildirir ki, dekabrın 24-ü saat 18.30-da Four Seasons Hotelində  Milli İnternet Mükafatı qaliblərinin Təqdimat mərasimi keçiriləcək.
 
12 Nominasiya üzrə  319 sayt arasında 4 ay müddətində davam edən yarışmanın qaliblərinə Milli Net-in əsas mükafatı təqdim olunacaq. Qaliblərə və fərqlənənlərə həmçinin qiymətli hədiyyələr və  diplomlar veriləcək.

Milli Net-in qaydalarına uyğun olaraq münsiflərin hər bir Nominant üzrə verdiyi qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq. 

Təqdimat mərasiminin internet  vasitəsilə  canlı yayımı nəzərdə tutulub. Təqdimat mərasimini  www.millinet.az  saytına daxil olmaqla saat18.30-dan etibarən  canlı olaraq izləmək mümkün olacaq.
 
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti Milli İnternet Mükafatına dəstək verirlər.
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə