Sabah növbəti Startap Günləri başlayır

05-04-2018 / 14:08

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri sabah Azərbaycan Texniki Universitetində (AzTU) başlayır.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, Startap Günləri ilə bağlı bütün hazırlıqlar başa çatıb.

Startap Azərbaycan Təşkilatından da bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən Startap Günləri ilə bağlı görülən işlər yekunlaşıb. Artıq Startap Günlərinin proqramı da yayımlanıb.

Qeyd edək ki, sabah AzTU-da tədbirin açılış mərasimi baş tutacaq.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) , İT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı və digər qurumların nümayəndələri, ekspertlərin iştirakı gözlənilir.

Məlumat verdiyimiz kimi Günlər çərçivəsində biznes ideyaların yarışması, stratap komandaların formalaşması, layihələrin ilkin versiyalarının hazırlanması və onların ekspertlər qarşısında təqdimatıarı , münsilər tərəfindən layihələrin qiymətləndirilməsi baş tutacaq. Həmçinin yeni başlayanlar üçün təlimlər, tanınmış startapçılarla görüşlər keçiriləcək. 
Onu da bildirək ki, Startap Günləri çərçivəsində keçirilən təlimlərdə və digər tədbirlərdə universitetlərin tələbələri də qatıla bilər. Startap komandaların tərkibində isə yalnız AzTU tələbələri iştirak edə bilər.

Tədbir 2 gün davam edəcək.

Startap Günləri Startap Azərbaycan və AzTU-nun təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişafı Dövlət Fondu dəstək verir.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə