SABAH qruplarından yeni elektron sistem

04-12-2017 / 14:26

SABAH qruplarına tələbə qəbulu elektron sistemi istifadəyə verilib.

Xeberler.az-ın məlumatına görə, SABAH qrupları layihəsinə tələbələrin qəbulu student.sabah.edu.az elektron sistemi vasitəsilə aparılır.

SABAH qruplarına tələbə qəbulunun elektron qeydiyyat sistemi vasitəsilə aparılması tələbələrin qeydiyyat prosesinin sadələşdirilməsinə, müsabiqənin bütün mərhələləri üzrə nəticələrin şəffaf qaydada emalına xidmət edir.

Sistem Tələbə-Məzun dövlət elektron məlumat bazası və “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi ilə inteqrasıya olunmaqla namizədlərin şəxsi və akademik məlumatlarının dəqiq və sürətli şəkildə əldə olunmasına imkan verir.

Elektron qeydiyyat sistemi SABAH qrupları üzrə vahid tələbə məlumat bazasının formalaşmasını, müsabiqə nəticələrinin emalını, məlumatların müxtəlif formada çeşidlənməsini, müsabiqənin bütün mərhələlərində tələbələrə elektron poçt vasitəsilə bildirişlərin göndərilməsini və SABAH qruplarına qəbul olunmuş tələbələrin yekun qeydiyyatının elektron qaydada aparılmasını təmin edir.

Sistemin qurulması və təkmilləşdirilməsi hazırda ölkəmizdə fəaliyyə göstərən NOVA Digital Solutions şirkəti ilə əməkdaşlıq çərçivəsində 7 ay ərzində hazırlanıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə