Sabit diskində nə qədər yerin qaldığını bu proqramla öyrən

06-11-2009 / 09:07

Bir çox kompüter istifadəçisi üçün vacib  suallardan biri də  sabit  diskində nə qədər yerin  qaldığıdır. SpaceSniffer adlı ödənişsiz bir proqram, olduqca fərqli bir üsulla sizə bu məlumatı təqdim edir.

Proqramı işlətdiyinizdə sizdən əvvəlcə  hansı sabit diski daramaq istədiyiniz soruşulacaq. Daxili və ya xarici bir sabit diskinizi seçdikdən sonra, sabit diskin içərisində olan   ana qovluqlar və nə qədər yer tutduqları  qarşınıza gələcək. Hər qovluq böyük bir düzbucaqlının (sabit diskin özü) içərisində fərqli ölçülərdə  qutular şəklində təqdim ediləcək. Beləcə qovluğun içindəkilərin  nə qədər yer tutduğunu  yalnız görünüş olaraq müəyyənləşdirmək mümkün olacaq.

 Əgər bir qovluğun içindəki qovluqları  araşdırmaq istəsəniz o qovluğu ifadə edən qutuya basmaq kifayətdir. Üst hissədə  yaşıl bir ulduz ilə ifadə edilən “Free Space” yəni  “Boş sahə” simvoluna basaraq, sabit diskinizdə nə qədər boş yer  qaldığını da görə bilərsiniz.

Sabit diskinizdə nə qədər yerin qaldığını öyrənmək istəyirsinizsə  ödənişsiz  SpaceSniffer proqramını bu ünvandan yükləyə bilərsiz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.