Şabran məktəbliləri internet barədə məlumatlandırılıb

24-05-2019 / 17:30

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən Şabran rayonunun şəhid Əlimövsüm Quliyev adına Şahnəzərli kənd orta məktəbində “İnternetdə olan imkanlar və təhlükələr” adlı seminar keçirilib.

Xeberler.az bildirir ki,bu layihə kənd yerlərində yaşayan məktəblilərin  internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub.

Seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, internetin imkanları və təhlükələri barədə danışılıb.

Tədbirin sonunda seminar iştirakçılarının qeyd olunan mövzular üzrə suallarına cavab verilib.

Xatırladaq ki, bu mövzuda olan seminarlar digər bölgələrdə də keçirilib və davamlı olaraq keçirilməkdədir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.