“Şagird-məzun” sisteminə daxil edilən məlumatların sayı açıqlanıb

05-02-2016 / 15:46

"Şagird-məzun" sisteminə məktəb əlaqələndiriciləri buraxılış sinif şagirdləri haqqında məlumatların 92 faizi daxil edilib.

Bu göstərici ötən ilin fevral ayı ilə müqayisədə 13 faiz  yüksəkdir.

Bu barədə Xeberler.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa, Kəngərli rayonu, Qax rayonu, Daşkəsən rayonu və Naftalan şəhərinin ümumtəhsil məktəblərində şagirdlər haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi artıq sona çatıb.

Şabran və Zəngilan rayonlarında daxiletmə faizinin aşağı olduğunu nəzərə alaraq, bu rayonların təhsil şöbələri və ümumtəhsil məktəblərinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların "Şagird-məzun" sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.

Məlumat sisteminə ümumilikdə 198 579 şagird haqqında məlumat daxil edilib ki, bunlardan 135 333-nün məlumatları təsdiq edilib. 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə