Şagirdimiz beynəlxalq İT sertifikat aldı

19-08-2015 / 17:12

4-cü sinif şagirdi  Fəridə Ələkbərova kompüter bilikləri və proqramlaşdırma konsepsiyaları üzrə beynəlxalq kursun ilk mərhələsini bitirərək sertifikat alıb.

Xeberler. az-ın məlumatına görə,  Fəridə Ələkbərli  www.code.org saytının təşkil etdiyi onlayn proqramlaşdırma kurslarına  qatılıb.

Qeyd edək ki, Fəridə Ələkbərov ölkədə İT layihələri ilə tanınan Neuron Technologies şirkətinin baş direktoru İsmayıl Ələkbərovun qızıdır.

İsmayıl Ələkbərov Facebook səhifəsində  övladının proqramlaşdırmaya marağını yüksək qiymətləndirib:

“Həmişə yaponlara həsəd aparırdım ki, onların övladları artıq 1-ci sinifdən proqramlaşdırma ilə məşğul olur. Fəridə 4-cü sinifi bitirib və yapon uşaqlardan 4 il arxada olsa da, mənə və müəlliminə söz verdi ki, böyüyəndə dünyada analoqu olmayan interaktiv və smart robot düzəldəcək. Fəridənin riyazi məntiqini kiçik  yaşlarından müşahidə etdim. Özü də proqramçı olmaq istəyir. Mən də valideyn kimi onu  bu sahəyə yönəldirirəm.  www.code.org saytındakı kurslar vasitəsilə Fəridə ilkin kodlaşdırma məntiqini inkişaf etdirir. Düşünürəm ki, Fəridə bu cür kurslarda iştirakını davam etdirməlidir. O, həm də gələn il  Microsoft-un müvafiq sertifikatını əldə etməyi qarşısına məqsəd qoyub. Ümumiyyətlə, yaxşı olardı ki, bütün övladlarımız bu sahəyə maraq göstərsinlər. İndidən  bununla maraqlansınlar”.

 

Xeberler.az

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə