Şagirdlərimiz İT yarışmasında 2 qızıl medal qazanıb

14-05-2018 / 10:30

10-13 may tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə “İnfomatrix-2017” beynəlxalq kompüter layihələri üzrə yarışlar keçirilib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanı yarışlarda Gəncə şəhər “İstək” liseyi, Akademik Zərifə Əliyeva adına lisey və “Kaspi” liseyinin şagirdləri təmsil edib.

Azərbaycanlı şagirdlər 11 kateqoriya üzrə 2 qızıl medal qazanıblar.

Məlumata görə, Gəncə şəhər İstək liseyi komandası 1 qızıl və 1 gümüş medal qazanıb. Mini Sumo-Robotics kateqoriyası üzrə layihə iştirakçıları olan şagirdlər sözügedən kateqoriya üzrə “Best of Best” seçilməklə 1000 ABŞ dolları məbləğində mükafata da layiq görülüblər.

Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini Kərim Tahiroğlu isə bildirib ki, əvvəlki illərlə müqayisədə bu il liseyin şagirdləri daha yüksək nəticələr əldə edib.

Belə ki, proqramlaşdırma kateqoriyası üzrə iki komandam bürünc medal qazanıb, lego sumo - robotexnika kateqoriyasında isə bir komandamız qızıl, digəri isə bürünc medallar əldə ediblər.

“Kaspi” liseyinin 12 şagird və 7 layihə ilə yarışmaya qatılıb. “Hardware control” və “Programming” kateqoriyaları üzrə ümumilikdə 5 gümüş və 7 bürünc medal qazanıb.

“İnfomatrix -2018” beynəlxalq kompüter layihələri üzrə yarışlara 43 ölkədən 500-dən çox şagird 331 layihə ilə qatılıb. 

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.