Sağlamlığınızı mobil tətbiqlərimizlə qoruyun

01-09-2015 / 13:02

Xeberler.az olaraq  “Milli RESURSLAR”  rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan rubrikamızda bu dəfə  “Sağlamlıq” kateqoriyasi üzrə milli mobil tətbiqləri araşdırdıq. Bu kateqoriya üzrə milli mobil tətbiqlərimizin bir qismi haqqında qısa məlumatı təqdim edirik

Xəstəliklər-Beynəlxalq siyahı

Hazırlayan               Fariz Siraclı
Yüklənmə sayı         100 - 500
Ödəniş                     Pulsuz
Platforma                 Android

Mobil tətbiq həkimlərin istifadəsi üçün nəzərdə tutulub. Bu proqram bütün xəstəliklərin Azərbaycan dilində adlarını sistemləşdirərək vahid siyahı siyahı şəklində təqdim edir.

 

Sağlam Ailə

Hazırlayan               Start Group
Yüklənmə sayı         1 000 - 5 000
Ödəniş                     Pulsuz
Platforma                 iOS

 

“Sağlam Ailə” tibb mərkəzinin mobil tətbiqidir. Bu mobil tətbiq vasitəsilə test nəticələrinizi,həkimlər haqqında məlumat əldə edə bilərsiniz. Mobil tətbiq 3 dildə xidmət göstərir.

 

 Sağlam qidalanma

Hazırlayan               Vasili
Yüklənmə sayı         5 000 - 10 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

 

Sağlam qidalanma haqqında mobil tətbiqdir. Proqramın köməyi ilə siz tərəvəz və meyvələrin xeyirli xüsusiyyətəri barədə məlumat alacaqsınız.

 

3. Uşağın sağlamlığı

Hazırlayan               Vasili
Yüklənmə sayı         5 000 - 10 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Uşaq sağlamlığı, uşaq xəstəlikləri haqqında mobil tətbiqdir. Bu mobil tətbiq vasitəsilə uşaq xəstəlikləri ilə bağlı ərtaflı məlumatlar əldə edə bilərsiniz.

 

 İlk tibbi yardım

Hazırlayan               Vasili
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

"İlk tibbi yardım" proqramında həkimdən əvvəl göstərilən ilk tibbi yardım üsulları haqqında məlumatlar toplanılıb. Proqramda böyüklər və uşaqlara, baş verən xəsarət  hadisələri zamanı həkimdən əvvəl göstərilən ilk yardım üsulları haqqında məlumat verilib.

 Addım Sayan M7

Hazırlayan               Happy Baku
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 iOS

M7 (motion processor) hәrәkәt prosessorunu istifadә edәrәk addımlarınızı saymağa yarayan bu tәtbiq, idman edәrkәn sizin әn böyük kömәkçiniz olacaq. Bu tәtbiq ilә gündәlik, aylıq vә illik olaraq neçә addım atdığınızı ölçә bilәr vә özünüzә hәdәflәr qoya bilәrsiniz. Üstәlik tәtbiqdә yerlәşәn qrafiklәrlә, hәdәfinizә nә qәdәr yaxınlaşdığınızı da hәr an tәqib etmәk mümkündür.

 

Sevinc Əsədova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.