Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019 / 12:15

Bu gün Bakıda “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib.

Xeberler.az  bildirir ki, tədbiri giriş sözü iləiqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb. O, ölkədə sahibkarlığın inkişafı istiqamətində bir sıra addımların atıldığını xatırladıb. Nazir müavini bildirib ki, sahibkarlığın inkişafını nəzərdə tutan sənədlərin qəbulu bu sahədə canlanmaya səbəb olub.

S.Məmmədovun sözlərinə görə, ölkədə qeydiyyatdan keçmiş sahibkarların sayı 920 mini ötüb.

"Qadın sahibkarlarla müntəzəm görüşlər keçirilir. Bu, İqtisadiyyat Nazirliyinin əsas istiqamətlərindən biridir və nazirlik qadınların təşəbbüskarlığını dəstəkləyir".

Daha sonra Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edib. S.Qəhrəmanova qeyd edib ki, 2011-ci ildə Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihə çərçivəsində 102 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb: “Bu qadınlar hazırda 50-ə yaxın insanı işə götürüb. 2018-ci ildə isə 28 qadın öz biznesinə başlayıb, onlar ayrı-ayrı sahələr üzrə 17 nəfəri işə qəbul ediblər. Amma ümumilikdə biznesi öyrənən 6 minə yaxın qadın bu layihədən bəhrələnib".

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qadın sahibkarla birgə işləməyə hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, hazırda qadın sahibkarlığının inkişafı üçün yeni mexanizmlər nəzərdən keçirilir: "İndi maliyyə vəsaitlərinə çıxış üçün online platforma yaradılır. Bu, sahibkarlar üçün vaxt itkisini minimuma endirir". (Report)


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.