Şahmat Olimpiadasının loqosu təqdim olundu

06-10-2015 / 16:34

Gələn ilin sentyabrında Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olunub.

Xeberler.az bildirir ki, turnirdə 175-ə yaxın ölkənin 2000-ə yaxın şahmatçısı mübarizə aparacaq.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib ki, ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. O, 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını qeyd edib.

Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi Bakı Kristal Zalının binası əks olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə