Şahmat oynaya bilən robot

01-06-2017 / 11:45

Şahmat oynaya bilən robot hazırda Tayvanda keçirilən Computex yarmarkasının əsas ulduzu olub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Asiyanın ən böyük texnologiya hadisələrindən biri olan, hər il keçirilən, Computex yarmarkasında şahmat lövhəsində şahmat oynaya bilən robot təqdim olunub.

İndiyədək proqramlar vasitəsilə oynanılan şahmatda insanlara qalib gələ bilən robotlar mövcud olub. Yeni təqdim olunan robo-şahmatçı üçün isə oyun – sadəcə hobbidir. O, həmçinin zavod konveyerlərində işləyə, xəstəxanalarda pasiyentlərə qulluq edə, hətta ofisiant və stüardessa kimi işləyə bilər.

“Robot kiçik şahmat fiqurlarının formasını müəyyən edir, siqnalı öz beyninə ötürür, hərəkətləri hesablayır və opponentlə qarşılıqlı əlaqə qura bilir”, – robotun yaradıcısı və Tayvanın Sənaye Texnologiyaları Elmi-tədqiqat İnstitutunun bölmə direktoru Lyuis Lyu belə deyib.

Saytının məlumatına görə, robotda ağıllı görmə sistemi də mövcuddur. O, fincanda nə qədər qəhvə qaldığını və onu yenidən doldurmağın lazım olub-olmadığını müəyyən etmək imkanına malikdir.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.