Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018 / 15:03

Şamaxıda ilk dəfə Heydər Əliyev Fondunun dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft Azerbaijan” şirkətinin birgə təşkilatçılığı ilə qızların informasiya texnologiyaları sahəsində roluna həsr olunan “DigiGirlz” konfransı keçirilib.

Xeberler.az  bildirir ki, Azərbaycanda ardıcıl olaraq beşinci dəfə keçirilən tədbirdə Şamaxıda təhsil alan məktəbli qızlara sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamaq və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

"DigiGirlz" proqramı qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlamaq məqsədi ilə “Microsoft Azerbaijan” şirkəti tərəfindən həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov ölkəmizin innovativ inkişafı üçün rəqəmli gender bərabərliyinin vaxtında təmin olunmasının əhəmiyyətindən danışıb.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qadınların İKT sahəsində fəaliyyətinin genişlənməsinə daim dəstək göstərir. Bu il Bakıda və regionlarda keçirilən “İdeyadan biznesə” startap turu çərçivəsində təqdim olunmuş 3 uğurlu startap layihəsinə qadınlar rəhbərlik edib”.

Daha sonra “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov qeyd edib ki, “DigiGirlz” konfransının əsas məqsədi məhz texnologiya sahəsində çalışan qızlara dəstək olmaq, onların inkişafına təkan vermək, indiyədək mövcud istedadının açılmasına mane olan gender stereotiplərini qırmaq, İKT sahəsində karyera qurmağın və texnologiya sahəsinin onlara verə biləcəyi imkanların yollarını göstərməkdir. Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar nümunə olaraq misal gətirilib. Konfrans şagirdlərə gənc qadınların sürətlə inkişaf edən texnologiya sahəsində işləri və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradıb. Sonda məktəbli qızların sualları cavablandırılıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.