Samsung 2 yeni smartfon təqdim edib-Qiymət

30-03-2017 / 11:45

Samsung dünən yeni Galaxy S8 və S8 Plus smartfonlarını nümayiş etdirib.

Xeberler.az məlumat verir ki, böyük modeldə ekranın diaqonalı 6,2, kiçikdə isə 5,8 düymdür.

Galaxy S8-in özəllikləri

Olduqca qəşəng bir dizayna sahib olan Galaxy S8, 3 fərqli rəng seçimi təqdim edəcək.

8 mm qalınlığında və 155 qram ağırlığında olan Samsung Galaxy S8, 1440 x 2960 piksel həllolma dəqiqliyində Super AMOLED ekrana sahibdir.

 570 kimi olduqca yüksək bir PPI dəyəri təqdim edən Galaxy S8-in iki tərəfi əyri olan ekranı Corning Gorilla Glass 5-lə qorunur.

84.2 faiz  ekran gövdəsinə  sahib olan cihaz IP68 sertifikatı sayəsində suya və toza qarşı davamlıdır. Telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb.

İdarəetmə düymələri ekrana inteqrasiya edilib və barmaq izi skanerinin yeri arxa tərəfə keçirilib.

Yeni qabaqcıl smartfon gözün qüzehi qişasının skaneri ilə təchiz edilib.

Gücünü 10 nanometrelik prosessordan edən Samsung Galaxy S8, qrafik prosessor olaraq Adreno 540 istifadə edir. 4 GB RAM və 64 GB daxili saxlama seçimi təqdim edən Galaxy S8, sürətli şarj dəstəkli 3000 mAh böyüklüyündə bir batareya ilə qarşımıza çıxacaq.

f / 1.7 diafraqma açıqlığına sahib 12 meqapiksellik arxa və 8 megqaiksellik ön kameraya sahib olacaq olan Galaxy S8, diafraqma açıqlığı sayəsində aşağı işıqda belə müvəffəqiyyətli fotoşəkillər çəkə biləcək.

Samsung Galaxy S8 modeli  Türkiyədə  4 min 399 TL –yə satışa çıxarılacaq.

Samsung Galaxy S8 + xüsusiyyətləri

Samsung Galaxy S8 +, 6.2 düymlük olduqca geniş bir ekranla gəlir.

Belə ki, 8.1 mm qalınlığında və 173 qram ağırlığında olan S8 +, Galaxy S8 modeliylə eyni dizayna sahibdir. 1440 x 2960 piksel həllolma dəqiqliyində Super AMOLED ekran tercih edən Galaxy S8 Plus-ın PPI dəyəri isə 529-dur.

Sahib olduğu IP68 sertifikatı sayəsində 1.5 metrə qədər 30 dəqiqə ərzində suya və toza qarşı dayanıqlı olan Samsung Galaxy S8 +, eynilə S8 modelində də olduğu kimi Corning Gorilla Glass 5-lə qorunur.

Galaxy S8 + 4 GB RAM və 64 GB daxili yaddaşa sahibdir.

Samsung Galaxy S8 +  Türkiyədə 4 min 999 TL qiymətlə bazara çıxarılacaq.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə