Samsung Android 6.0 üçün könüllü axtarır

23-12-2015 / 15:52

Samsung Google-un Android 6.0  Marshmallow yeniləməsini təqdim etdikdən sonra bu yeniləməni Galaxy modellərində də istifadə edəcəyini açıqlamışdı. 

Qeyd edək ki, Samsung Galaxy Note 4-dən başqa hələlik  heç bir modelə Marshmallow yeniləməsi gəlməyib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Samsung Android 6.0 Marshmallow test proqramına könüllü insanları cəlb edir.

Belə ki, Samsung Koreya saytında edilən elanda yeniləməni test etmək üçün  qeydiyyatdan keçməyin vacib olduğu bildirilir.

Samsung Android 6.0 Marshmallow test proqramına qatılmaq üçün ilk olaraq Galaxy Care tətbiqini yükləməlisiniz.

Tətbqi yüklədikdən sonra Samsung hesabınızla proqrama  daxil olmalısınız. 

Əgər Samsung heabınız yoxdursa,  buraya daxil olaraq Samsung hesabı yarada bilərsiniz.

Android 6.0 Marshmallow test proqramı yalnız Galaxy S6 və Galaxy S6 edge modellərinə aiddir. 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə