Samsung Apple Watch-a rəqib olacaq

09-04-2015 / 14:33

Apple-ın ağıllı saatı olan Apple Watch-ın bazara təqdim edilməsinə sayılı günlər qalıb və rəqiblərinin Apple Watch-a verəcəyi cavablar da yavaş-yavaş üzə çıxır. Yayılan məlumatlara görə, Samsung-un yeni ağıllı saatı yumru və 3G dəstək xüsusiyyətinə sahib olacaq.

Mobil Dünya Konqresi 2015-ci ildə yumru bir saat kəşf etmək haqqında ipucularını verən Samsung Orbis kod adlı yeni ağıllı saatını ən yaxşı model olaraq tanıtmağı planlaşdırır. Gear A adıyla bazara çıxarılacaq 2 modeldən biri 3G mobil əlaqə xüsusiyyətinə malik olacaq.

Qiymətlər barəsində hələki bir məlumat verilməyib, ancaq 3G dəstəkli bir modelin etiket qiymətini yüksəldəcəyi məlumdur. Yəqin ki, önümüzdəki günlərdə də daha çox məlumat sahibi olacağıq.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə